Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Bakı Dövlət Universitetində (BDU) arxeologiya istiqamətində elmi tədqiqatların genişləndirilməsi, elm ilə təhsilin inteqrasiyasının daha da gücləndirilməsi məqsədilə Arxeologiya Muzeyi və Bioloji antropologiya elmi-tədqiqat laboratoriyasının (ETL) bazasında Arxeologiya Tədris-Tədqiqat Mərkəzi yaradılır.
Universitetdənbildirilib ki, bununla bağlı BDU Elmi şurasında qərar qəbul olunub. Qərara əsasən, Arxeologiya Muzeyi və Bioloji antropologiya ETL BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin strukturundan çıxarılaraq Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin tərkibinə daxil edilib.
Qeyd edək ki, BDU və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Yeni Mərkəzin yaradılması bu əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin yaradılması arxeologiya, antropologiya, tarix və mədəni irsin öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılması, təhsilalan və tədqiqatçılar üçün sahə işləri, laboratoriya təcrübələri və elmi araşdırmalarda iştirak imkanlarının genişləndirilməsinə, tədris və təlim proqramlarının təkmilləşdirilməsinə, müştərək təlimlərin təşkil olunmasına şərait yaradacaq.
Bakı Dövlət Universitetində (BDU) arxeologiya istiqamətində elmi tədqiqatların genişləndirilməsi, elm ilə təhsilin inteqrasiyasının daha da gücləndirilməsi məqsədilə Arxeologiya Muzeyi və Bioloji antropologiya elmi-tədqiqat laboratoriyasının (ETL) bazasında Arxeologiya Tədris-Tədqiqat Mərkəzi yaradılır.