Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026![]()
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən növbəti ictimai dinləmə Tovuz rayonunda təşkil olunub.
Bu barədə DSMF-dən bildirilib.
Qeyd olunub ki, rayon ictimaiyyəti, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə Fondun fəaliyyət istiqamətləri barədə məlumat verilib. Sonra korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı görülmüş işlər, həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, görüşdə vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən bəhs edilib, pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
![]()