Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Cənubi Sudan Respublikasında həyata keçirilən beynəlxalq təhlükəsizlik missiyasında (UNMISS) hərbi müşahidəçi qismində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə,qeyd olunan missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə mayor Qaragözov Mehman Həmdiyə oğlu UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.
Uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə mayor M.Qaragözova sertifikat təqdim olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Cənubi Sudan Respublikasında həyata keçirilən beynəlxalq təhlükəsizlik missiyasında (UNMISS) hərbi müşahidəçi qismində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.