Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026
Bakı, 9 may, Ümman Press
Sabah Bakıda Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçiriləcək.
Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbir mayın 10-11-də keçiriləcək.
Konqresin keçirilməsində məqsəd neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaların tətbiqi və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.
Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresində 12 ölkədən 250-dən çox yerli və əcnəbi neyrocərrah, nevroloq iştirak edəcək.
Onlar kəllə əsası cərrahiyyəsi, epilepsiya cərrahiyyəsi, pediatrik neyrocərrahiyyə, neyroonkologiya, spinal neyrocərrahiyə və digər sahələrdə ən aktual məsələləri müzakirə edəcəklər.
Dünyanın ən məşhur neyrocərrahlarından olan britaniyalı Henri Marş fəxri qonaq kimi konqresdə iştirak edəcək.
Konqres çərçivəsində interaktiv panel müzakirələr keçiriləcək.