Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Azərbaycan Milli Kitabxanasında akademik Muxtar İmanovun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar kitab sərgisi açılıb.
Milli Kitabxanadanbildirilib ki, sərgidə akademikin əsərləri, tərtibçi, rəyçi, ön sözün müəllifi, layihə rəhbəri, məsləhətçisi və redaktoru olduğu əsərlər, həyatı, elmi fəaliyyəti və yaradıcılığı haqqında kitablar nümayiş olunur.
Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid dəyərli əsərlərin - “Müasir Azərbaycan nəsrində psixologizm”, “Gülüşün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləşməsi”, “Epos. Nəsr. Problemlər”, “Portretlər”, “Folklor həm keçmiş, həm də bu gündür”, “Sənət qayğıları”, “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası”, “Söz haqqında söz” və 200-dən artıq elmi məqalənin, çoxsaylı publisistik yazıların müəllifidir.
Folklorun toplanması və nəşr edilməsi ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən “Bu yurd bayquşa qalmaz”, “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası. VII kitab. 2005), “Şərur folklor örnəkləri” (I kitab, 2016), “Gədəbəy folklor örnəkləri” (I kitab, 2016), 10 cildlik “Qarabağ: folklor da bir tarixdir” (2012–2017) və 10 cildlik “Güney Azərbaycan folkloru” (2013–2020) toplularının layihə rəhbəri və tərtibçilərindən biridir.
Azərbaycan Milli Kitabxanasında akademik Muxtar İmanovun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar kitab sərgisi açılıb.