Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Agah Xaçmazlı
İÇİMİN ATƏŞİ
Qəlbimə qar yağdırır yarın soyuq buludu,
Ya Rəbb, söndür içimdə bu atəşi, bu odu.
Səsim çıxmır içimdə mızıldandım mən bir az,
Zahirim dəf, nağara, dəyir başıma qapaz.
Dodağıma gülüş yaz, bəxtimə toy-düyün yaz,
İnlətmə ney-kamanı, titrətmə tarı, udu.

Məni azad yaratdın, ağlımla yol seçmişəm,
Könlümə eşq şərabı düşüb, mən də, içmişəm.
Saysız bəlalar görüb, imtahanlar keçmişəm ,
Bu dünyada çəkmişəm axirətdəki sudu.

Çölümdə düşman olan sevir məni içimdən,
Bəxtimi soyundurub geyir məni içimdən,
Girib mənim qəlbimə yeyir məni içimdən,
Ayı hoqqadan çıxır yemək üçün armudu.

Gəmi quruda olmaz, gəmi suda olandır,
Gəmiyə od düşəndə elə suda yanandır.
Agah da, bir gəmidir, su söndürmür, yalandır.
Artıq yorulmuşam mən, bitsin bu dedi-qodu,
Ya Rəbb, söndür içimdə bu atəşi bu odu.

Agah Xaçmazlı