Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) rəsm nümunələri” kitabı elektron formada çap olunub. Kitabın elmi redaktoru və ön sözün müəllifi tarix elmləri doktoru Nərgiz Əliyevadır.
Təqdim olunan bu kitab-albom Azərbaycan Demokrat Firqəsinin Bakıda nəşr etdirdiyi “Azərbaycan” qəzetinin 1947-1949-cu illər materialları əsasında hazırlanıb. Nəşrdə həmin dövrün ruhunu əks etdirən müxtəlif vizual və mətn materialları: nadir fotoşəkillər və rəsm nümunələri, dövrü xarakterizə edən satirik karikaturalar, görkəmli şəxsiyyətlər haqqında qələmə alınmış məqalələr toplanıb.
Kitabda 1940-cı illərdə İranda və Cənubi Azərbaycanda şah rejiminə qarşı baş vermiş tarixi milli-demokratik hərəkat, xalqın apardığı inqilabi mübarizə, həmçinin dövrün elmi, mədəni, ictimai-siyasi və hərbi mənzərəsi ətraflı şəkildə əks olunub. Müəllif mövzu ilə bağlı yalnız Bakı nəşrlərinə deyil, həmçinin 1945-1946-cı illərdə Təbrizdə nəşr olunmuş orijinal materiallara və digər ədəbiyyata da müraciət edib.
Nəşr həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab-albom 1940-cı illərin sonundakı siyasi mübarizəni və mədəni mühiti vizual sənədin dili ilə öyrənmək istəyənlər üçün önəmli vəsaitdir.