Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Azərbaycan yazıçısı Rövşən Abdullaoğlunun ərəb dilinə tərcümə edilərək nəşr olunmuş “Abaddon” romanının Qahirə Beynəlxalq Kitab Sərgisində təqdimatı olub.
Azərbaycanlı yazıçı misirli kitabsevərlərlə görüşündə romanı haqqında fikirlərini bölüşüb, ziyarətçilərin suallarını cavablandırıb.
“Bu səfərim sərginin təşkilat komitəsinin dəvəti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Bu il Misirdə daha iki kitabımın nəşri nəzərdə tutulub. Nəşriyyatın rəhbəri tərəfindən gələnilki Qahirə kitab sərgisinə dəvət aldım. Növbəti ildə burada 3 kitabımın daha geniş formatda təqdimatı nəzərdə tutulur”, - deyə yazıçı bildirib.
Bundan başqa, R.Abdullaoğlu Qahirə kitab sərgisinin beynəlxalq salonunda “Hər yazıçının cavab verməkdən yorulduğu suallar” mövzusunda danışıb. O, çıxışında bütün yazıçılara ünvanlanan ümumi suallara toxunub. Qeyd edib ki, yazıçı və oxucuları birləşdirən ümumi düşüncələr, narahatlıqlar, maraqlar və dəyərlər vardır. Həmçinin, çıxışda kitabın dəyəri, sərgilərin önəmi barədə söhbət açılıb. Azərbaycanlı müəllif yazıçılıq təcrübəsini bölüşüb, ölkəmizdə kitab sənayəsindəki təcrübələri diqqətə çatdırıb, kitaba sevgini aşılamaq üçün görülən işlərdən danışıb. Tədbir iştirakçıları yazarın romanlarının süjetləri, yazı üslubu, müraciət etdiyi janrlar barədə maraqlanıblar.
Azərbaycan yazıçısı Rövşən Abdullaoğlunun ərəb dilinə tərcümə edilərək nəşr olunmuş “Abaddon” romanının Qahirə Beynəlxalq Kitab Sərgisində təqdimatı olub.