Habil Nadirlinin poeziya çələngindən – 01

Yazarlar

 

Habil Nadirli,

Azərbaycan Yazıçılar  Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı

 

Bağışla sevgilim

 

Bağışla sevgilim, bağışla nə olar,

Uzaq qaldığim üçün qınama məni.

Qədər belə yazmış, əlacımmı var,

Yoxsa dəlilər tək sevirəm səni.

 

Bağışla sevgilim, bağışla, bilki...

Qəlbim sənin üçün atır sinəmdə.

Səni sevməməyim mümkün deyilki,

Ağlım, düşüncəm hey səndədir, səndə...

 

Bağışla sevgilim, bağışla, unut,

Unut məni əgər unuda bilsən!

İstər aşkarda sev, istər gizli tut,

Səni ölənəcən sevəcəyəm mən...

 

Bitməz...

 

Gəl eşqin oduna yanma, ey könül,

Dərdi çox, səri zox, zilləti bitməz...

Şirin vüsalına qanma, ey könül,

Onun işgəncəsi, möhnəti bitməz...

 

Sən eşq gözləyərsən, görərsən zülüm,

Ahu zar içində keçər hər günün,

Rəbbindən yalvarıb dilərsən ölüm,

Bu zülmün, cəfanın müddəti bitməz.

 

Habil, eşq uğruna verdin nələri,

Qürbətdə keçirdin gözəl günləri,

Nə etsən qaytarmaz ötən illəri,

İlk eşqin yanğısı, həsrəti bitməz...

İlk eşqin yanğısı, həsrəti bitməz...

 

Qayıtma yenə...

 

Deyəsən yadından çıxmışam tamam,

Nə zəng eliyirsən, nə də yazırsan.

Yazdığım mesaja cavab ver adam,

Axı sən adamsan, adam qızısan.

 

Nə tez çıxdım belə yadından sənin,

Sənsiz yaşamaram deyirdin dünən...

Nədir qəbahətim söylə bir mənim,

Söylə nə dəyişdi gülüm dünəndən.

 

Eşq ilə alışıb yanan gözlərin,

Sanki, yad adama tuşlanıb bu gün.

Səni çox sevirəm deyən dilbərim,

Sanki, başqasından xoşlanıb bu gün...

 

Yoluna çıxmaram, narahat olma,

Saxta eşq nəyimə gərəkdir, denə.

Rahat ol, rahat gəz, kefindən qalma,

Get, amma üstümə qayıtma yenə.

 

Sevgim tükənməz

 

Mən səni sevirəm dəlilər kimi,

Ana balasını belə sevəmməz,

Mən səni sevirəm dəlilər kimi,

Sevgim heç azalmaz, sevgim tükənməz.

 

Mən səni sevirəm dəlilər kimi,

Bicə an görməsəm dünyam qaralır.

Gözüm görmür səndən başqa birini,

Səsini duyduqca dərdim azalır.

Mən səni sevirəm dəlilər kimi,

Sən mənim ürəyim, canım, gözümsən.

Bütün varlığımın şahı, hakimi,

Hər yerdə söhbətim, şirin sözümsən.

 

Mən səni sevirəm dəlilər kimi,

Eşqindən sərxoşam şərabsız, meysiz.

Əl çək inadından səndə sev məni,

Bil ki , yaşayammaz bu aşiq sənsiz.

 

Mən niyə sevirəm...

 

Mən niyə sevirəm görəsən səni,

Sən ki, məni bir an sevmədin belə.

Mən niyə sevirəm görəsən səni,

Sənin həsrətindən yanıram hələ.

 

Mən niyə sevirəm görəsən səni,

Nədən yuxularım olubdur haram.

Nə etdim, yenə də görmədin məni,

Bilmədin ölmüşəm, yoxsa ki sağam.

 

Mən niyə sevirəm görəsən səni,

Nə qayğı görmüşəm, nə istək səndən.

Acı sözlərinlə qırıb qəlbimi,

Baxmısan rişxəndlə halıma gendən.

 

Mən niyə sevmişəm görəsən səni,

Sənin seviləsi axı nəyin var?

Məni nakam qoyub sevdin özgəni,

Puç oldu qəlbimdə bütün arzular...

 

Mən niyə sevmişəm görəsən səni,

Nədir məni sənə bağlayan gülüm?

Nə etsən yenə də sevirəm səni,

Budur ürəyim dağlayan gülüm.

 

Bəlkə

 

Yolunu gözlədim həsrət içində,

Söz verib görüşə gəlmədin gülüm.

Bəlkə, olmayacam günün birində,

Bəlkə, ayıracaq bizləri ölüm?

 

Bəlkə də bu görüş son olacaqdı,

Səni gözü yaşlı dinləyəcəkdim,

Bəlkə sənə son kəs sarılacaqdım,

Səni yaddaşıma həkk edəcəkdim?

 

Yolun açıq olsun, uğurlu yollar,

Umaram peşiman omazsan bir gün...

Məni xoş sözlərlə xatırla, nolar,

Bol bol dualar et, ölsəm mənimçün.

 

Sən əl götür, gəl

 

Mən sənin eşqinlə əriyən şamam,

Yanıram oduna hər gecə, gündüz.

Bax, yanıb puç olur həyatım tamam,

Məni gözü yaşlı sevgilim, az süz.

 

Mən şamam, səndə bir aşiq pərvanə,

Dolanıb başıma sevgi gəzirsən.

Olan olub artıq, dəyişməz heç nə,

Nə mən günahkaram, nə əzizim, sən.

 

Mən ömrü talanmış qoca bir nəfər,

Sən mutlu illərə layiq bir gözəl.

Uzaq dur, yanarsan, həyatın sönər.

Bu sonsuz sevdadan sən əl götür, gəl.

 

Dayan sevgilim

 

Ey məni özümdən qoparıb gedən,

Canımı odlara yaxan sevgilim.

Məni nakam qoyan, məni tərk edən,

Uzaqdan boylanıb, baxan sevgilim.

 

Yandım hicranına, yandım qovruldum,

Suya həsrət qalan gül kimi soldum,

Səni dəlilər tək sevən mən oldum,

Oyan, bax gör məni, oyan sevgilim.

Səni sayaqladım yuxularımda,

Gördüm xəyalımda, röyalarımda,

Harda bir qız gördüm sənin adında,

Oldu göz yaşlarım leysan sevgilim.

 

Məndən üz döndərib gedəndən bəri,

Başladı ömrümün qəmli günləri,

Yetər bu ayrılıq, qayıt, gəl geri,

Nolar çıxıb getmə, dayan sevgilim...

Məni gözü yaşlı, qoyan sevgilim...

 

Səni necə unudum

 

Səni necə unudum, nazlı yarım, dilbərim?

Unut, bir kəlmə sözdür, mahiyyəti bir ümman.

Sən hər unut dedikcə bax, gərilir hisslərim,

Mən səni unutmaram, ala gözlüm, heç zaman.

 

Sənə asantsa unut, salma məni yadına,

Mən səni sevəcəyəm, sən sevmə söyləsəndə.

Şeirlər yazacıyam, sənin gözəl adına,

Geri dönmək istəsən yerin var ürəyimdə!

 

Qəlbimin sarayında sənin taxtı tacın var,

Qayıt ki boş qalmasın könlümün səltənəti.

Qıyma ki, nakam olsun, sevgi dolu arzular,

Rəva görmə şairə ayrılığı, həsrəti...

 

Özünə qayıt bir təhər

(sənə aiddi)

 

Baxıb rişğəndilə gülümsəyirsən,

Özündən razısan, axı gözəlsən.

Haqqımda nə gəldi fikirləşirsən,

Duyuram inan ki, desən, deməsən...

 

Özündən razısan, şaxdır qamətin,

Sanırsan dünyada tək gözəl sənsən.

Səninlə dil tapmaq çətindir-çətin,

Nolar yerə ensən, kəndinə gəlsən.

 

Yazdığım misraya dəyməzsən inan,

Fani gözəlliyiə uyma bu qədər.

Səni dəyişəcək həyat bir zaman,

Özün ol, özünə qayıt bir təhər.

 

Ölümdən betərdir ...

 

Qanadı qırılmış bir quşam sənsiz,

Çırpınıb dururam amma nə fayda...

Sən kef məclisində, şad, xürrəm, qəmsiz,

Mənim dərdim, sərim uca dağ boyda.

 

Sən mənim gözümdə mələk timsalı,

Sən mənim gözümdə saf bir şüşəydin.

Səni də aldatdı bax, dünya malı,

Uydun zər zibaya, qəddimi əydin

 

Yolun açıq olsun, uğurlu yollar,

Təki sən mutlu ol, bu mənə yetər.

Qayıtsan ta məni ölmüş bil nolar,

Satılmaq ölümdən, betərdir, betər...

 

Nəyi qaldı

 

Hanı mənim sevgi dolu cavanlığım,

Fərhad kimi dağ çapmağa gücüm vardı.

Bircə qalıb xatirəsi o, anların,

Çoxu getdi ömrümün, bax, azı qaldı...

 

Aslan kimi kükrəyərdim, çoşardım mən,

Hər gözələ şeir, qəzəl qoşardım mən,

Yenilməzdim, badirələr aşardım mən,

Zaman keçdi, güc tükəndi, nəyi qaldı?

 

Habil, bu bir ömür yolu keçər hər kəs,

Bu dünyada öz yükünü çəkər hər kəs,

Gücsüz doğar, sonra gücsüz köçər hər kəs,

Tanrı verdi sənə gücü, Tanrı aldı...

Tanrı verdi sənə gücü, Tanrı aldı...

Dünya fani dünyadı...

(ünvanlı)

 

Sən bu qoca dünyadan nə umursan qardaşım,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

Aldanma cilvəsinə, yığma qızıl, qumaşın,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Qoy səni aldatmasın gördüyün bər-bəzəklər,

Hər açan çiçək solur sonda, görmürsən məgər?

Anlarsan hər felini, əqlinlə baxsan əgər,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Sayını Allah bilir gəlib köç edənlərin,

Dünya mənimdir deyib, özünü öyənlərin,

Bir bax, əfi ilan tək, udub, yeyib hər birin,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Cahil, yoxsa özünü daim qalıcı sandın,

Uydun vara-dövlətə, tək Haqq olanı dandın,

Mənimki söyləməkdir, bəlkə ayıldın, qandın,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Ömür

 

Hara tələsirsən bir dayan görək,

Sanki, yaydan qopan bir oxsan ömür.

Bir göz qırpımında gözdən itirsən,

Nolar bir az asta dolansan ömür.

 

Hara tələsirsən belə ay zalım,

Ardınca qaçmağa yox daha halım.

İmkan ver, sevgidən məndə pay alım,

Dünya dağılmaz ki, yubansan ömür.

 

Dünən bir uşaqdım, qəmsiz-kədərsiz,

Bu gün bax, saçlarım ağarıb təmiz.

Sabah qocalıq var, heysiz-taqətsiz,

Bəs sonra, sonra nə olansan ömür?

 

Habil, gəl ömrünə çox deyinmə sən,

Tale bir yazıdır bəxtinə Rəbdən.

Səndə hamı kimi gəldi-gedərsən,

Deyinmə ki belə qıssasan, ömür!

 

Ömür

 

Bir az sevinc, bir az kədər, bir az qəm,

Hər gün bir yarpaq kimi qopub düşür ömürdən.

Ağarır qara saçlar, dərd olur sənə məlhəm,

Cavanlıq sanki, bir quş uçur gedir ömürdən.

 

Ömür karvanın keçir, heç geruyə baxmadan,

Zaman verir hökmünü, sən də razılaşırsan.

Çıxmır cavanlıq eşqi, məhəbbəti yadından,

Anıb şirin anları uşaq tək ağlayırsan.

 

Olur sənə təsəlli xatirələr, xəyallar,

Dalaraq xəyallara keçmişə qayıdırsan.

Keçir gözün önündən uşaqlıq, əziz anlar,

Qəlbin qübar eyləyir, dolursan, ağlayırsan.

 

Yaşamaq istəyirsən cavanlığı yenidən,

Qocalmaq istəmirsən, əlacsızsan, bunu bil.

Doymamısan bilirəm məhəbbətdən, sevgidən,

Amma ömür köçəri, qaytarmaq mümkün deyil.

 

Ölüm

 

“Ölüm qaşla gözün arasındadır”,

Bir göz qırpımında dayanır ürək...

Hər inasan bu ölüm sırasındadır,

Zaman yetişincə hər kəs öləcək!

 

Allahdır yaşadan, Odur öldürən,

Hökmüylə gələcək ölüm mələyi,

Olmaqla-ölməyə Odur hökm edən,

Ondandır insanın bəxti-taleyi.

 

Kimsə bu dünyada əbədi qalmaz,

Bir gün gələn hər kəs dönər Rəbbinə!

Ölümün önünü saxlamaq olmaz,

Gəldisə, köməyə yetişməz heç nə…

 

Allah dərgahında Löhvü- Məhvuzda,

Toplanıb hər kəsin ömür-gün yolu...

İlahidən gələn bu haqq yazıda,

Yazılıb həyatda hər kəsin rolu...

Habil Nadirlinin poeziya çələngindən – 01

Yazarlar

 

Habil Nadirli,

Azərbaycan Yazıçılar  Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı

 

Bağışla sevgilim

 

Bağışla sevgilim, bağışla nə olar,

Uzaq qaldığim üçün qınama məni.

Qədər belə yazmış, əlacımmı var,

Yoxsa dəlilər tək sevirəm səni.

 

Bağışla sevgilim, bağışla, bilki...

Qəlbim sənin üçün atır sinəmdə.

Səni sevməməyim mümkün deyilki,

Ağlım, düşüncəm hey səndədir, səndə...

 

Bağışla sevgilim, bağışla, unut,

Unut məni əgər unuda bilsən!

İstər aşkarda sev, istər gizli tut,

Səni ölənəcən sevəcəyəm mən...

 

Bitməz...

 

Gəl eşqin oduna yanma, ey könül,

Dərdi çox, səri zox, zilləti bitməz...

Şirin vüsalına qanma, ey könül,

Onun işgəncəsi, möhnəti bitməz...

 

Sən eşq gözləyərsən, görərsən zülüm,

Ahu zar içində keçər hər günün,

Rəbbindən yalvarıb dilərsən ölüm,

Bu zülmün, cəfanın müddəti bitməz.

 

Habil, eşq uğruna verdin nələri,

Qürbətdə keçirdin gözəl günləri,

Nə etsən qaytarmaz ötən illəri,

İlk eşqin yanğısı, həsrəti bitməz...

İlk eşqin yanğısı, həsrəti bitməz...

 

Qayıtma yenə...

 

Deyəsən yadından çıxmışam tamam,

Nə zəng eliyirsən, nə də yazırsan.

Yazdığım mesaja cavab ver adam,

Axı sən adamsan, adam qızısan.

 

Nə tez çıxdım belə yadından sənin,

Sənsiz yaşamaram deyirdin dünən...

Nədir qəbahətim söylə bir mənim,

Söylə nə dəyişdi gülüm dünəndən.

 

Eşq ilə alışıb yanan gözlərin,

Sanki, yad adama tuşlanıb bu gün.

Səni çox sevirəm deyən dilbərim,

Sanki, başqasından xoşlanıb bu gün...

 

Yoluna çıxmaram, narahat olma,

Saxta eşq nəyimə gərəkdir, denə.

Rahat ol, rahat gəz, kefindən qalma,

Get, amma üstümə qayıtma yenə.

 

Sevgim tükənməz

 

Mən səni sevirəm dəlilər kimi,

Ana balasını belə sevəmməz,

Mən səni sevirəm dəlilər kimi,

Sevgim heç azalmaz, sevgim tükənməz.

 

Mən səni sevirəm dəlilər kimi,

Bicə an görməsəm dünyam qaralır.

Gözüm görmür səndən başqa birini,

Səsini duyduqca dərdim azalır.

Mən səni sevirəm dəlilər kimi,

Sən mənim ürəyim, canım, gözümsən.

Bütün varlığımın şahı, hakimi,

Hər yerdə söhbətim, şirin sözümsən.

 

Mən səni sevirəm dəlilər kimi,

Eşqindən sərxoşam şərabsız, meysiz.

Əl çək inadından səndə sev məni,

Bil ki , yaşayammaz bu aşiq sənsiz.

 

Mən niyə sevirəm...

 

Mən niyə sevirəm görəsən səni,

Sən ki, məni bir an sevmədin belə.

Mən niyə sevirəm görəsən səni,

Sənin həsrətindən yanıram hələ.

 

Mən niyə sevirəm görəsən səni,

Nədən yuxularım olubdur haram.

Nə etdim, yenə də görmədin məni,

Bilmədin ölmüşəm, yoxsa ki sağam.

 

Mən niyə sevirəm görəsən səni,

Nə qayğı görmüşəm, nə istək səndən.

Acı sözlərinlə qırıb qəlbimi,

Baxmısan rişxəndlə halıma gendən.

 

Mən niyə sevmişəm görəsən səni,

Sənin seviləsi axı nəyin var?

Məni nakam qoyub sevdin özgəni,

Puç oldu qəlbimdə bütün arzular...

 

Mən niyə sevmişəm görəsən səni,

Nədir məni sənə bağlayan gülüm?

Nə etsən yenə də sevirəm səni,

Budur ürəyim dağlayan gülüm.

 

Bəlkə

 

Yolunu gözlədim həsrət içində,

Söz verib görüşə gəlmədin gülüm.

Bəlkə, olmayacam günün birində,

Bəlkə, ayıracaq bizləri ölüm?

 

Bəlkə də bu görüş son olacaqdı,

Səni gözü yaşlı dinləyəcəkdim,

Bəlkə sənə son kəs sarılacaqdım,

Səni yaddaşıma həkk edəcəkdim?

 

Yolun açıq olsun, uğurlu yollar,

Umaram peşiman omazsan bir gün...

Məni xoş sözlərlə xatırla, nolar,

Bol bol dualar et, ölsəm mənimçün.

 

Sən əl götür, gəl

 

Mən sənin eşqinlə əriyən şamam,

Yanıram oduna hər gecə, gündüz.

Bax, yanıb puç olur həyatım tamam,

Məni gözü yaşlı sevgilim, az süz.

 

Mən şamam, səndə bir aşiq pərvanə,

Dolanıb başıma sevgi gəzirsən.

Olan olub artıq, dəyişməz heç nə,

Nə mən günahkaram, nə əzizim, sən.

 

Mən ömrü talanmış qoca bir nəfər,

Sən mutlu illərə layiq bir gözəl.

Uzaq dur, yanarsan, həyatın sönər.

Bu sonsuz sevdadan sən əl götür, gəl.

 

Dayan sevgilim

 

Ey məni özümdən qoparıb gedən,

Canımı odlara yaxan sevgilim.

Məni nakam qoyan, məni tərk edən,

Uzaqdan boylanıb, baxan sevgilim.

 

Yandım hicranına, yandım qovruldum,

Suya həsrət qalan gül kimi soldum,

Səni dəlilər tək sevən mən oldum,

Oyan, bax gör məni, oyan sevgilim.

Səni sayaqladım yuxularımda,

Gördüm xəyalımda, röyalarımda,

Harda bir qız gördüm sənin adında,

Oldu göz yaşlarım leysan sevgilim.

 

Məndən üz döndərib gedəndən bəri,

Başladı ömrümün qəmli günləri,

Yetər bu ayrılıq, qayıt, gəl geri,

Nolar çıxıb getmə, dayan sevgilim...

Məni gözü yaşlı, qoyan sevgilim...

 

Səni necə unudum

 

Səni necə unudum, nazlı yarım, dilbərim?

Unut, bir kəlmə sözdür, mahiyyəti bir ümman.

Sən hər unut dedikcə bax, gərilir hisslərim,

Mən səni unutmaram, ala gözlüm, heç zaman.

 

Sənə asantsa unut, salma məni yadına,

Mən səni sevəcəyəm, sən sevmə söyləsəndə.

Şeirlər yazacıyam, sənin gözəl adına,

Geri dönmək istəsən yerin var ürəyimdə!

 

Qəlbimin sarayında sənin taxtı tacın var,

Qayıt ki boş qalmasın könlümün səltənəti.

Qıyma ki, nakam olsun, sevgi dolu arzular,

Rəva görmə şairə ayrılığı, həsrəti...

 

Özünə qayıt bir təhər

(sənə aiddi)

 

Baxıb rişğəndilə gülümsəyirsən,

Özündən razısan, axı gözəlsən.

Haqqımda nə gəldi fikirləşirsən,

Duyuram inan ki, desən, deməsən...

 

Özündən razısan, şaxdır qamətin,

Sanırsan dünyada tək gözəl sənsən.

Səninlə dil tapmaq çətindir-çətin,

Nolar yerə ensən, kəndinə gəlsən.

 

Yazdığım misraya dəyməzsən inan,

Fani gözəlliyiə uyma bu qədər.

Səni dəyişəcək həyat bir zaman,

Özün ol, özünə qayıt bir təhər.

 

Ölümdən betərdir ...

 

Qanadı qırılmış bir quşam sənsiz,

Çırpınıb dururam amma nə fayda...

Sən kef məclisində, şad, xürrəm, qəmsiz,

Mənim dərdim, sərim uca dağ boyda.

 

Sən mənim gözümdə mələk timsalı,

Sən mənim gözümdə saf bir şüşəydin.

Səni də aldatdı bax, dünya malı,

Uydun zər zibaya, qəddimi əydin

 

Yolun açıq olsun, uğurlu yollar,

Təki sən mutlu ol, bu mənə yetər.

Qayıtsan ta məni ölmüş bil nolar,

Satılmaq ölümdən, betərdir, betər...

 

Nəyi qaldı

 

Hanı mənim sevgi dolu cavanlığım,

Fərhad kimi dağ çapmağa gücüm vardı.

Bircə qalıb xatirəsi o, anların,

Çoxu getdi ömrümün, bax, azı qaldı...

 

Aslan kimi kükrəyərdim, çoşardım mən,

Hər gözələ şeir, qəzəl qoşardım mən,

Yenilməzdim, badirələr aşardım mən,

Zaman keçdi, güc tükəndi, nəyi qaldı?

 

Habil, bu bir ömür yolu keçər hər kəs,

Bu dünyada öz yükünü çəkər hər kəs,

Gücsüz doğar, sonra gücsüz köçər hər kəs,

Tanrı verdi sənə gücü, Tanrı aldı...

Tanrı verdi sənə gücü, Tanrı aldı...

Dünya fani dünyadı...

(ünvanlı)

 

Sən bu qoca dünyadan nə umursan qardaşım,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

Aldanma cilvəsinə, yığma qızıl, qumaşın,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Qoy səni aldatmasın gördüyün bər-bəzəklər,

Hər açan çiçək solur sonda, görmürsən məgər?

Anlarsan hər felini, əqlinlə baxsan əgər,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Sayını Allah bilir gəlib köç edənlərin,

Dünya mənimdir deyib, özünü öyənlərin,

Bir bax, əfi ilan tək, udub, yeyib hər birin,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Cahil, yoxsa özünü daim qalıcı sandın,

Uydun vara-dövlətə, tək Haqq olanı dandın,

Mənimki söyləməkdir, bəlkə ayıldın, qandın,

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

Dünya gəldi gedərdi, dünya fani dünyadı...

 

Ömür

 

Hara tələsirsən bir dayan görək,

Sanki, yaydan qopan bir oxsan ömür.

Bir göz qırpımında gözdən itirsən,

Nolar bir az asta dolansan ömür.

 

Hara tələsirsən belə ay zalım,

Ardınca qaçmağa yox daha halım.

İmkan ver, sevgidən məndə pay alım,

Dünya dağılmaz ki, yubansan ömür.

 

Dünən bir uşaqdım, qəmsiz-kədərsiz,

Bu gün bax, saçlarım ağarıb təmiz.

Sabah qocalıq var, heysiz-taqətsiz,

Bəs sonra, sonra nə olansan ömür?

 

Habil, gəl ömrünə çox deyinmə sən,

Tale bir yazıdır bəxtinə Rəbdən.

Səndə hamı kimi gəldi-gedərsən,

Deyinmə ki belə qıssasan, ömür!

 

Ömür

 

Bir az sevinc, bir az kədər, bir az qəm,

Hər gün bir yarpaq kimi qopub düşür ömürdən.

Ağarır qara saçlar, dərd olur sənə məlhəm,

Cavanlıq sanki, bir quş uçur gedir ömürdən.

 

Ömür karvanın keçir, heç geruyə baxmadan,

Zaman verir hökmünü, sən də razılaşırsan.

Çıxmır cavanlıq eşqi, məhəbbəti yadından,

Anıb şirin anları uşaq tək ağlayırsan.

 

Olur sənə təsəlli xatirələr, xəyallar,

Dalaraq xəyallara keçmişə qayıdırsan.

Keçir gözün önündən uşaqlıq, əziz anlar,

Qəlbin qübar eyləyir, dolursan, ağlayırsan.

 

Yaşamaq istəyirsən cavanlığı yenidən,

Qocalmaq istəmirsən, əlacsızsan, bunu bil.

Doymamısan bilirəm məhəbbətdən, sevgidən,

Amma ömür köçəri, qaytarmaq mümkün deyil.

 

Ölüm

 

“Ölüm qaşla gözün arasındadır”,

Bir göz qırpımında dayanır ürək...

Hər inasan bu ölüm sırasındadır,

Zaman yetişincə hər kəs öləcək!

 

Allahdır yaşadan, Odur öldürən,

Hökmüylə gələcək ölüm mələyi,

Olmaqla-ölməyə Odur hökm edən,

Ondandır insanın bəxti-taleyi.

 

Kimsə bu dünyada əbədi qalmaz,

Bir gün gələn hər kəs dönər Rəbbinə!

Ölümün önünü saxlamaq olmaz,

Gəldisə, köməyə yetişməz heç nə…

 

Allah dərgahında Löhvü- Məhvuzda,

Toplanıb hər kəsin ömür-gün yolu...

İlahidən gələn bu haqq yazıda,

Yazılıb həyatda hər kəsin rolu...

Хəbər lentİ