Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadanbildirilib ki, virtual sərgidə Maqsud İbrahimbəyovun çoxşaxəli fəaliyyəti, zəngin bədii irsi haqqında məlumat verilir, onun istedadlı nasir olması ilə yanaşı dramaturq, kinossenarist kimi də yaddaqalan ekran əsərlərinin müəllifi olduğu qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Maqsud İbrahimbəyovun Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən layiq görüldüyü orden, medal və fəxri adlar haqqında məlumat verilir, müəllifin kitablarının 36 xarici dilə tərcümə olunduğu, dünyanın bir çox ölkələrində dərc edildiyi və səhnələşdirildiyi diqqətə çatdırılır. Materialda adət-ənənələrə bağlılıq faktorunun, Bakı mühitinin özünəməxsus, milli koloritli təsvirinin Maqsud İbrahimbəyovun yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlər olması qeyd edilir.
Virtual kitab sərgisində müəllifin “Cəhənnəmə sərinlik gəldi”, “Müharibənin 1001 gecəsi”, “Ondan yaxşı qardaş yox idi”, “Qara paltarlı qadın”, “Qoy o bizimlə qalsın”, “Püstə ağacı”, “Uşaqlığın son gecəsi” kimi kitablarının qısa annotasiyası təqdim edilir və onun haqqında qələmə alınan dövrü mətbuat nümunələri sərgilənir.
"Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi hazırlanıb.