Siyasət
Azərbaycan və Qazaxıstan müdafiə sahəsində 19.08.2026İdman
“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la 19.08.2026Mədəniyyət
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19.08.2026
Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
Rusiya Müdafiə Nazirliyi oktyabrın 6-na keçən gecə hava hücumundan müdafiə sistemlərinin ölkənin müxtəlif bölgələri üzərində Ukraynanın 251 pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Nijni-Novqorod vilayətinin qubernatoru Aleksandr Nikitinin sözlərinə görə, vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində bir nəfər xəsarət alıb. Bir neçə şəhər və kənddə fərdi yaşayış evlərində lokal yanğınlar qeydə alınıb, amma onlar tez bir zamanda söndürülüb. Yaşayış binalarının pəncərələri və yanacaqdoldurma məntəqəsinin dam örtüyü də zədələnib. Moskva meri Sergey Sobyanin qeyd edib ki, Moskva vilayətində dağıntıların olduğu yerdə təcili xidmətlər işləyir.
Bundan əlavə, Krasnodar diyarında pilotsuz uçuş aparatlarının qalıqları Tuapse Neft Emalı Zavodunun ərazisinə düşüb, iki nəfər yaralanıb və zavodun təhlükəsizlik idarəsində yanğın başlayıb. Tuapse rayonunun Dederkoy kəndində dron parçaları yanğına səbəb olub və yaşayış binasının şüşələrini zədələyib. Xəsarət alan olmayıb.