Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026
İdman
Messi İspaniyanın “Kornelya” futbol klubunun 17.04.2026
Dünya
Türkiyədə “ağıllı” şpris ixtira edilib 17.04.2026Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə 17.04.2026
Aprelin 13-ü gecəsi Rusiya Ukraynaya altı istiqamətdən 98 hücum dronu ilə zərbələr endirib. Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin dronlarının əksəriyyətini vurmağı bacarıb.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalına istinadla xəbər verilir.
Hərbi məlumatlara görə, 13 aprel gecəsi Rusiya digər dron növləri ilə yanaşı, 98 ədəd “Şahed”, “Gerbera” və “Italmas” hücum dronunu aşağıdakı istiqamətlərdən buraxıb: Oryol, Bryansk, Kursk, Millerovo, Primorsko-Axtarsk (Rusiya Federasiyası) və Qvardeyskoye (Krım Muxtar Respublikası).
Atılan dronların təxminən 65-i “Şahed” tipli olub.
Doqquz ədəd hücum dronunun hədəfə dəydiyi qeydə alınıb, həmçinin vurulan dronların qalıqları bir məkana düşüb.
“Hücum davam edir və hava məkanında düşmən dronları var. Təhlükəsizlik qaydalarına riayət edin!”, -deyə Hərbi Hava Qüvvələri əhaliyə xəbərdarlıq edib.