Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Yeni Zelandiyada vəhşi quşlarda H5 quş qripinə yoluxmanın ikinci halı təsdiqlənib.
“The New Zealand Herald” gündəlik qəzetinə istinadla xəbər verilir ki, virus Şimal adasındakı Vayrarapa bölgəsində aşkar edilən kahu quşunda müəyyən olunub. Bundan əvvəl isə paytaxt Vellinqton yaxınlığındakı Peton çimərliyində qəhvəyi skua quşunda yoluxma qeydə alınıb.
Ölkənin biotəhlükəsizlik və qida təhlükəsizliyi naziri Endryu Hoqqard bildirib ki, hakimiyyət orqanları nəzarət tədbirlərini gücləndirəcək, əlavə yoxlamalar aparacaq və quşçuluq təsərrüfatlarına dəstək göstərəcək.
Nazir qeyd edib ki, quş əti və yumurta təhlükəsiz olaraq qalır, H5 quş qripi isə insanlar üçün çox aşağı risk təşkil edir. Əhaliyə xəstə və ya ölü vəhşi quşlara toxunmamaq tövsiyə olunub.
Yeni Zelandiyada vəhşi quşlarda H5 quş qripinə yoluxmanın ikinci halı təsdiqlənib.