Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar hava şəraiti müşahidə olunur. Belə hava şəraitinin bazar günü də davam edəcəyi gözlənilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) isti havalarda istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Nazirlikdən bildirilib ki, xüsusilə həftəsonları bəzi vətəndaşların təhlükəsizlik tələblərinə riayət etməməsi suda boğulma halları ilə nəticələnə bilər.
Qeyd olunub ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır. Həmçinin çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq yolverilməzdir.
FHN uşaqların çimərlikdə nəzarətsiz buraxılmamasını, xəbərdaredici nişan və lövhələrin tələblərinə, eləcə də xilasedicilərin çağırış və göstərişlərinə əməl olunmasını tövsiyə edir.
Qızmar günəş altında uzun müddət fasiləsiz qalmaq və hava qaraldıqdan sonra suya daxil olmaq da təhlükəlidir.
Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar hava şəraiti müşahidə olunur. Belə hava şəraitinin bazar günü də davam edəcəyi gözlənilir.