Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Fransada A kateqoriyalı inzibati sahədə işsizlərin sayı kəskin artıb.
Bu barədə Fransa Əmək Nazirliyi nəzdində olan tədqiqat, araşdırma və statistika (“Dares”) idarəsi məlumat yayıb.
“Dares”in rəqəmlərinə görə, Fransada 4-cü rübdə A kateqoriyalı işsizlərin sayı 3,9 faiz artıb. Əmək Nazirliyinin rəqəmlərinə görə, bu, Fransada (Mayotta istisna olmaqla) son on ildə işsizlik üzrə ən böyük artımdır.
İşə qəbulun azalması və biznes iflaslarının artması fonunda 25 yaşadək gənclər arasında bu artım Fransa paytaxtında rüb ərzində 8,5 faizə çatıb. Beləliklə, A kateqoriyalı işsizlərin sayı (hər hansı fəaliyyəti olmayan) 4-cü rübdə 3,138 milyon nəfərə çatıb, yəni bir rüb ərzində daha 117 min işsiz artıb.
İl ərzində isə iş axtaranların sayı 3,5 faiz artıb. Məhdud fəaliyyət göstərənlər (A, B və C kateqoriyaları) daxil olmaqla, iş axtaranların sayı rüb ərzində 1,7 faiz artaraq 5,495 milyona çatıb, bir il ərzində isə 1,8 faiz artıb. Bu rəqəmlər Mayott daxil olmamaqla hesablanıb.
İqtisadçılar bu rəqəmlərin sosial planların göstəricilərinə uyğun olduğunu bildiriblər.
Fransada A kateqoriyalı inzibati sahədə işsizlərin sayı kəskin artıb.