Sosial
İcra başçısı Adil Əliyev YAP Suraxanı rayon 11.10.2025Siyasət
Heydər Əliyev Fondunun vitse-prezidenti 08.10.2025Siyasət
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət 08.10.2025İqtisadiyyat
Bu il fiziki və hüquqi şəxslərə dövlət 08.10.2025Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, həmin şəxsdən 6 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.
Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev də saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.