Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026
İdman
Messi İspaniyanın “Kornelya” futbol klubunun 17.04.2026
Dünya
Türkiyədə “ağıllı” şpris ixtira edilib 17.04.2026Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə 17.04.2026Aprelin 13-də saat 13 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1 kişi, 3 qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hadisə günorta saatlarında İmişli şəhərinə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. “Mercedes” yoldan çıxaraq aşıb.
Xəstəxanadan yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdəbirinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Aprelin 13-də saat 13 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1 kişi, 3 qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.