Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyunu təxirə salına bilər.
Buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal ştatlarına qədər yayılmasıdır. Zəhərli hava kütləsinin futbolçuların, məşqçilərin və azarkeşlərin sağlamlığı üçün risk yaratdığı bildirilib.
Artıq Çikaqoda açıq havada keçirilməsi planlaşdırılan bəzi tədbirlər ləğv olunub. Hətta MLS-in müntəzəm mövsümündə keçirilməli olan "Çikaqo Fayr" – "Vankuver Uaytkaps" görüşü də təxirə salınıb.
Tüstünün yaxın günlərdə dağılmayacağı ehtimal olunduğundan, bəzi ekspertlər dünya çempionatının Nyu-Yorkda təşkil ediləcək final matçının da risk altında olduğunu düşünürlər.
Hazırda həlledici qarşılaşmanın təxirə salınacağı ilə bağlı rəsmi qərar yoxdur. Lakin havanın çirklənmə səviyyəsi sağlamlıq üçün təhlükə yaradacağı təqdirdə, FIFA-nın yarışın təqvimində dəyişiklik edilməsini nəzərdə tutan xüsusi protokolları mövcuddur.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının final görüşü iyulun 19-da “MetLayf” stadionunda keçiriləcək.
Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyunu təxirə salına bilər.