Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026
“AzərEnerji” ASC tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.
ASC-dən bildirilib ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 kilometr məsafədə derivasiya boruları çəkilir.
6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovat-saat yaşıl enerjinin istehsal edilməsi və bununla 24 milyon kubmetr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.