Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026
Energetika naziri Pərviz Şahbazov Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verilir ki, görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.
Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.
Həmçinin Azərbaycan tərəfi cari ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.