Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət Maliyyəsi və Satınalmalar Bölməsi üzrə təcrübə meneceri Serdar Yılmaz və Bankın Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeister ilə görüşüb.
Görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, xüsusilə dövlət maliyyə idarəetməsi sahəsində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə olunub.
Maliyyə nazirinin birinci müavini əlavə edib ki, dövlət müəssisələrinin monitorinqi istiqamətində son dövrlərdə görülən işlər və həyata keçirilən islahatlar bu sahədə şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir və qarşıdakı dövrdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Öz növbəsində, S.Yılmaz Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, dövlət müəssisələrinin monitorinqi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və Dünya Bankının bu istiqamətdə texniki dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin Dünya Bankı tərəfindən göstərilə biləcək mümkün texniki yardım layihələri, eləcə də Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin qarşısında duran vəzifələr və bu istiqamətdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər bu sahədə təcrübə mübadiləsinin və birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət Maliyyəsi və Satınalmalar Bölməsi üzrə təcrübə meneceri Serdar Yılmaz və Bankın Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeister ilə görüşüb.