Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026Cari ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 245,8 milyon dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmlərinə istinadla bildirilir ki, 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7 faiz artaraq 84,2 milyon dollara bərabər olub.
İcmala əsasən, 2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4 faiz artaraq 64,8 milyon dollar, aqrar-sənaye məhsulları 44,3 faiz artaraq 22,2 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5 faiz artaraq 87,1 milyon dollar təşkil edib.
Cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, üzvi kimyəvi birləşmələr 52,4 faiz artıb.
Cari ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 245,8 milyon dollar təşkil edib.