Nazir: Azərbaycanla Moldova strateji tərəfdaşdır

İqtisadiyyat

Azərbaycanla Moldova strateji tərəfdaşdır. Ölkələrimiz arasında əməkdaşlıq, xüsusilə də kənd təsərrüfatı sahəsində əlaqələr intensiv inkişaf edir.

Bunu Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir 30 ildir işğaldan azad edilmiş ərazilərdə artıq təmir-bərpa işləri aparıldığını və bunun Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb.

M.Məmmədov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Onun sözlərinə görə, bu günədək Azərbaycan və Moldova arasında müxtəlif sahələrdə 66 beynəlxalq layihə həyata keçirilib, altı layihəyə isə baxılır.

Хəbər lentİ