Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026İstanbulun Ali Emiri Əfəndi Mədəniyyət Mərkəzində məşhur Azərbaycan xoreoqrafı Farid Kazakovun "Elementlərin birləşməsi" tamaşasının premyerası keçirilib. Tamaşada teatr-xoreoqrafik interpretasiyalar nümayiş etdirilib.
Səhnə əsərində Farid Kazakovun beynəlxalq akademiyasının yetirmələri və "Elita" peşəkar bədii gimnastika klubunun üzvləri çıxış ediblər. Eyni zamanda, tamaşada dünya balet çempionu, Türkiyənin dəfələrlə çempionu Zeynəb Yağmur Uzşen və Rusiyanın bədii gimnastika üzrə idman ustası Yekaterina Komarskix iştirak ediblər.

“Türkiyədə növbəti tamaşamın uğurla baş tutmasından çox məmnunam”, – deyə Farid Kazakov bildirib. “Baletmeyster olaraq yaradıcılıqla məşğul olmaq xüsusi bir zövqdür. Bütöv bir tamaşanın quruluşçu xoreoqrafı olmaq isə həm də böyük məsuliyyətdir. Bütün artistlərə və peşəkar bədii gimnastika klubunun rəhbəri, həmkarım Aytən Rüstəmovaya bu layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Gələcəkdə tamaşalarımızı beynəlxalq teatr festivallarında nümayiş etdirməyi və təbii ki, Bakıya qastrol səfərinə gəlməyi planlaşdırırıq!

Mənim üçün çox dəyərlidir ki, Türkiyədə məni ilk növbədə azərbaycanlı sənətçi kimi tanıyırlar və öz fəaliyyətimlə mədəniyyətimizi təqdim edə bilirəm. Öz bilik və bacarığımı gənc sənətçilər nəslinə ötürmək böyük xoşbəxtlikdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Farid Kazakov Türkiyədə uşaqları yüksək sənətə və mədəniyyətə cəlb etdiyi üçün yerli idarəetmə orqanları tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Farid Kazakov azərbaycanlı və rusiyalı rəqqas, xoreoqraf, balet artisti, rəqs üzrə dünya çempionu, Rusiyanın üçqat ən yaxşı solisti, beynəlxalq “Most Fashionable Awards” mükafatının qalibi, “Central Asia's Got Talent” beynəlxalq istedad şousunun finalçısı, Azərbaycanın ikiqat milli mükafatçısı, “Türkiyənin ən istedadlı rəqqası” fəxri adına və Türkiyənin “Turkiye Zirve Ödulleri” milli mükafatına layiq görülmüş sənətkardır. O, ali kateqoriyalı pedaqoq, Azərbaycanla Türkiyənin Avropa Mədəniyyət Assosiasiyasında fəxri üzvü və mədəniyyət səfiri, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, bir çox beynəlxalq, ümumrusiya və respublika müsabiqələrinin qalibi və qran-pri mükafatçısı, eyni zamanda Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin "Zirvədəki Azərbaycanlılar" kitabında XXI əsr Azərbaycan gəncliyinin görkəmli nümayəndəsi kimi yer alan sənətkardır.
İstanbulun Ali Emiri Əfəndi Mədəniyyət Mərkəzində məşhur Azərbaycan xoreoqrafı Farid Kazakovun "Elementlərin birləşməsi" tamaşasının premyerası keçirilib. Tamaşada teatr-xoreoqrafik interpretasiyalar nümayiş etdirilib.