Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Bu gün tanınmış kaman ustası, Əməkdar artist Tələt Bakıxanovun doğum günüdür.
Bu gün Əməkdar artistin anadan olmasının 98-ci ildönümü tamam olur.
Tələt Soltan oğlu Bakıxanov 1927-ci il iyunun 13-də Bakı şəhərində dünyaya göz açıb. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olub. 1945-47-ci illərdə teatr texnikumunu bitirib, 1947-49- cu illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs alıb. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olub.
T.Bakıxanov bir sıra xarici ölkələrdə, o cümlədən Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya və s. qastrol səfərlərində olub və muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət edib. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınıb.
T.Bakıxanov həmçinin respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olub. 1970-1980-ci illərdə Səmərqənddə keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarının iştirakçısı olub, B.Mansurov, C.Əkbərov, A.Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil edib. Tələt Bakıxanov 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb.
Tələt Bakıxanov 2000-ci il mayın 30-da Bakı şəhərində vəfat edib.
Bu gün tanınmış kaman ustası, Əməkdar artist Tələt Bakıxanovun doğum günüdür.