Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026
Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti universitet daxilində keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.
Sərgidə tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və ənənələri haqqında geniş məlumat verilib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Bununla yanaşı, Azərbaycan Bayrağının tarixi və rəmzi mənası haqqında maraqlı faktlar bölüşülüb. Ziyarətçilər Azərbaycanın ənənəvi ipək baş örtüyü – kəlağayı ilə də tanış olublar. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş bu atributla yanaşı, sərgidə milli kimliyimizi əks etdirən fərqli mədəni və tarixi elementlər də nümayiş etdirilib. Tədbirə interaktiv ünsiyyət qatmaq üçün qonaqlara nərd oyunu təqdim edilib və oyunun qaydaları izah olunub.
Azərbaycan Cəmiyyəti beynəlxalq sərgidə iştirak etməyin onlar üçün böyük qürur olduğunu bildirib. Tədbirin mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyi və eyni zamanda, Azərbaycanın zəngin irsi və ənənələri haqqında maarifləndirməni artırmaq üçün geniş imkan yaratdığı vurğulanıb.