Ömər Eldarov: Muzey Mərkəzində yenilənmiş sərgi zallarının istifadəyə verilməsi təsviri sənətimizin inkişafına töhfə verəcək

Mədəniyyət

Muzey Mərkəzində yenilənmiş sərgi zallarının istifadəyə verilməsi Azərbaycan təsviri sənəti üçün mühüm hadisədir.

Bunu Xalq rəssamı Ömər Eldarov bildirib.

O deyib ki, bu məkan uzun illər ölkənin rəssamlıq həyatının əsas sənət ocaqlarından biri kimi fəaliyyət göstərib və bir çox görkəmli rəssamların əsərləri burada nümayiş etdirilib.

Ömər Eldarov diqqətə çatdırıb ki, müasir tələblərə uyğun şəkildə yenilənən sərgi zalları rəssamların yaradıcılıq imkanlarının genişlənməsinə, əsərlərin daha yüksək səviyyədə təqdim olunmasına və gənc nəslin təsviri sənətə marağının artmasına xidmət edəcək.

Xalq rəssamı mədəniyyətə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, layihənin həyata keçirilməsində əməyi olan bp şirkətinə, Mədəniyyət Nazirliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirib.

Onun sözlərinə görə, belə layihələr milli təsviri sənətin inkişafına və Azərbaycan rəssamlığının zəngin ənənələrinin yaşadılmasına mühüm töhfə verir.

Хəbər lentİ