Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Astanada E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “TAMYR” adlı konsert keçirilib. Türk xalqlarının zəngin musiqi irsini nümayiş etdirən konsert Fondun ikinci Şura Toplantısı çərçivəsində təşkil olunub.
Səhnədə "Turan" Folklor-Etnoqrafik Ansamblı, "Gulder" Ansamblı, "Saltanat" Dövlət Rəqs Ansamblı və K.Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının və E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.
“TAMYR” konsertinin məqsədi türk xalqlarının ortaq mədəni kimliyini musiqi və rəqs vasitəsilə qeyd etmək, tamaşaçılara Türk dünyasının zəngin bədii irsinə nəzər salmasına imkan yaratmaqdır. Bu tədbir türk dövlətləri arasında mədəni əməkdaşlığı gücləndirməklə yanaşı, onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verir.
Konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanda akkreditə olan diplomatik korpusun əməkdaşları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət və mədəniyyət xadimləri iştirak ediblər.
Astanada E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “TAMYR” adlı konsert keçirilib. Türk xalqlarının zəngin musiqi irsini nümayiş etdirən konsert Fondun ikinci Şura Toplantısı çərçivəsində təşkil olunub.