Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Xanımların əl işləri” adlı festival keçirilib.
Tədbir universitet rəhbərliyinin təşəbbüsü və Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə baş tutub. Festivalda universitetin müxtəlif fakültələrinin nümayəndələri yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.
Tədbir çərçivəsində xanım iştirakçılar salat hazırlama, rəsm çəkmə və ilmə ilə hörmə kimi müxtəlif əl işlərini sərgiləyiblər. Hər bir fakültə öz yaradıcı yanaşmasını ortaya qoyaraq maraqlı və estetik baxımdan cəlbedici əl işləri təqdim edib.
Festivalın əsas məqsədi universitetdə fəaliyyət göstərən xanım əməkdaşların elmi-pedaqoji fəaliyyətləri ilə yanaşı, onların yaradıcı potensialını və sənətkarlıq bacarıqlarını üzə çıxarmaq, əl işlərinə diqqət yönəltmək və əməklərini dəyərləndirmək olub.
Sonda münsiflər heyəti tərəfindən təqdim edilən əl işləri qiymətləndirilib və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Xanımların əl işləri” adlı festival keçirilib.