Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Bu barədə Qarabağ Universitetindən məlumat verilib. Konsertdə Firuz Səxavəti Ağdam Musiqi Kollecinin “Qarabağ ansamblı” müşayiət edib. Proqramda Əməkdar artist və tələbələrinin ifasında muğamlar, xalq mahnıları, klassik və müasir musiqi nömrələri səsləndirilib.
Tədbirdə Firuz Səxavət musiqi sənətinin incəlikləri və Qarabağın musiqi ənənələri haqqında çıxış edərək tələbələrin sənət yolunda inkişafı və planları ilə bağlı fikirlərini bölüşüb.
Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Firuz Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edərək onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin davam etdirilməsinin vacibliyini söyləyib. Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.