Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.
Tədbiri “Baku Chamber Orchestra” Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə açıb. Ardınca maraqlı və rəngarəng çıxışlar təqdim olunub. Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.
Qeyd edək ki, “Simurq” layihəsinin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onları dəstəkləməkdir. Tədris ili boyunca layihəyə seçilmiş iştirakçılar Moskva Konservatoriyası nəzdindəki Mərkəzi Musiqi Məktəbi, Moskva Konservatoriyası, Qnesin adına Musiqi Kolleci, Xorvatiya Musiqi Akademiyası və digər nüfuzlu təhsil müəssisələrinin peşəkar müəllimləri ilə çalışırlar.
Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.