Çimərlik mövsümünə hazırlıqla bağlı FHN media-tur təşkil edib

Sosial

Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı media-tur təşkil olunub.

Tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisinə düşən sahilində yerləşən çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar.

Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media mənsublarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür: "Cari ilin may ayından etibarən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra oranlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərinin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub.

Хəbər lentİ