Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Qax rayonunda müşahidə olunan güclü külək bir sıra yaşayış məntəqələrində fəsadlara yol açıb.
Rayonun Qorağan, Turaclı, Marsan və Çüdülü kəndlərində 30-a yaxın ağac aşıb. Həmçinin 5 yardımçı tikili və mal tövləsinin dam örtüyünə ziyan dəyib.
Bu barədə Qax Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Güclü küləyin təsirindən çoxsaylı irigövdəli ağaclar kökündən qoparaq aşıb, elektrik və rabitə dirəkləri zədələnib, naqillər qırılıb. Bəzi ərazilərdə qaz xətlərinə də ziyan dəyib.
Baş verən hadisə nəticəsində Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internet xidmətinin və təbii qazın verilməsində fasilələr yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Güclü külək Zaqatala rayonunda da fəsadsız ötüşməyib. Rayonun müxtəlif ərazilərində ağaclar aşıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb. Aidiyyəti xidmətlər yaranmış problemlərin aradan qaldırılması üçün ərazilərdə işləyirlər.
Hazıırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Qax rayonunda müşahidə olunan güclü külək bir sıra yaşayış məntəqələrində fəsadlara yol açıb.