Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Bütün dillər zəngindir və dil qazanılmış yox, verilmiş keyfiyyətdir. Azərbaycan dili axıcı və musiqili quruluşa malikdir, vurğuların sonda gəlməsi isə dilimizin ahəngini daha da gücləndirir. Bəzən belə fikirlər səslənir ki, tərcümələrdə çətinlik yaranır, dilimiz kifayət qədər zəngin deyil. Bu, tamamilə yanlışdır. Bir çox dillərdən nəsr əsərlərini tərcümə etmiş bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan dili bu mətnləri olduqca sərbəst və gözəl şəkildə ifadə etməyə imkan verir.
Bunu aparıcı, ssenarist, rejissor Rafiq Həşimov deyib.
Onun sözlərinə görə, dilimizin zənginliyini sübut edən əsas mənbələrdən biri də sinonimlər lüğətidir.
“Leksikonumuz genişdir və bu zənginliyi qorumaq üçün sinonimlərdən daha çox istifadə etməliyik. Mən 1990-cı ildən etibarən efirdəyəm və aparıcı kimi fəaliyyət göstərirəm. Televiziya və radio mühitində nitqlə bağlı ciddi problemlərin mövcud olduğunu görürəm və bacardığım qədər bu sahədə dəstək olmağa çalışıram”,- deyə R.Həşimov əlavə edib.
Bütün dillər zəngindir və dil qazanılmış yox, verilmiş keyfiyyətdir. Azərbaycan dili axıcı və musiqili quruluşa malikdir, vurğuların sonda gəlməsi isə dilimizin ahəngini daha da gücləndirir. Bəzən belə fikirlər səslənir ki, tərcümələrdə çətinlik yaranır, dilimiz kifayət qədər zəngin deyil. Bu, tamamilə yanlışdır. Bir çox dillərdən nəsr əsərlərini tərcümə etmiş bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan dili bu mətnləri olduqca sərbəst və gözəl şəkildə ifadə etməyə imkan verir.