Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Materialda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan 80-dən çox kitabın tam mətni də təqdim olunur.
Kitabxanada təşkil edilən “Ulu Öndər Heydər Əliyev” adlı ənənəvi kitab sərgisində Ümummilli Liderin mənalı ömür yolunu, zəngin, çoxşaxəli fəaliyyətini əks etdirən, kitabxananın fondunda saxlanılan və əsasən son illərdə nəşr edilən kitablar sərgilənir.
Respublika Gənclər Kitabxananasında 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq ənənəvi kitab sərgisi və xülasə (daycest) də hazırlanıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb.