Görkəmli tarzən Məmmədağa Muradovun xatirəsi anılacaq

Mədəniyyət

İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, Əməkdar artist, mahir tarzən Məmmədağa Muradovun xatirə gecəsi keçiriləcək.

Tədbirdə sənətkarın Azərbaycan muğam sənətinin və tar ifaçılıq məktəbinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs ediləcək, onun zəngin yaradıcılıq irsi yad olunacaq.

Gecədə tanınmış tarzənlər və xanəndələr çıxış edərək Məmmədağa Muradovun xatirəsinə ehtiramlarını ifadə edəcəklər. Tədbirdə BMM-nin solistləri, Əməkdar artistlər Arzu Əliyeva, Elnur Zeynalov, sevilən xanəndələr Mirələm Mirələmov, Hüseyn Məlikov, Nisbət Sədrayeva, Murad Laçın və Yusif Cəfərbəyli iştirak edəcəklər.

Konsert proqramında, həmçinin tanınmış tarzənlər Elman Sadıqov, Ramin Rzayev, gənc ifaçılar Mirnofəl Həsənov və Cəlal Şahbəddinov da çıxış edəcəklər. Gecədə səslənəcək əsərlər Azərbaycan tar sənətinin zəngin ənənələrini nümayiş etdirməklə yanaşı görkəmli sənətkarın xatirəsinə ehtiram ifadə edir.