Siyasət
Bakıda Belçika müstəmləkəçiliyinə həsr 20.08.2026
İqtisadiyyat
AZCON Holding insan kapitalının idarə 20.08.2026
Dünya
Fransada yanğınsöndürənlər və xilasedicilər 20.08.2026
İdman
Çempionlar Liqası: "Hapoel" və 20.08.2026
AZCON Holding-in insan kapitalının idarə olunması sahəsində həyata keçirdiyi təşəbbüslər beynəlxalq səviyyədə qiymətləndirilib. Belə ki, AZCON “Microsoft”, “Google”, “IBM”, “Intel”, “bp”, “EY”, “KPMG”, “McKinsey & Company” və Dünya Bankı kimi qlobal şirkətlərin təmsil olunduğu “Brandon Hall Group™ HCM Excellence Awards® Program”ında İnsan kapitalının idarə olunması istiqaməti üzrə təqdim etdiyi 5 müraciətin 4-ü üzrə qızıl, 1-i üzrə isə bürünc mükafata layiq görülüb.
Nəticədə holdinq 48 ölkədən iştirak edən 1050 şirkət arasında ümumi reytinqdə 47-ci, Azərbaycan şirkətləri arasında isə 1-ci yeri tutub.
Mükafatlandırılan təşəbbüslər arasında “AZCON Corporate Academy”, “Performance with Purpose: Approach to Excellence”, “People First: AZCON's Well-Being Initiative”, “The A4 HC: Architecture for Automated, Aligned Analytics” və “Digital Bridge Internship Program” layihələri yer alıb.
Bu uğur yalnız əldə edilmiş mükafat kimi deyil, insan kapitalının inkişafı istiqamətində həyata keçirilən işlərin nəticəsi və bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün əlavə motivasiya kimi dəyərləndirilir.
Qeyd edək ki, “Brandon Hall Group™” dünya üzrə on minlərlə təşkilatın qabaqcıl yanaşma və təcrübələrinin qiymətləndirildiyi beynəlxalq tədqiqat və analitika şirkətidir. Şirkət 30 illik fəaliyyəti ərzində apardığı tədqiqatlar və təqdim etdiyi alətlər vasitəsilə qlobal bazarda təşkilatların proseslər üzrə mükəmməlliyə nail olmasına xidmət göstərir. Bildirək ki, AZCON Holding daha öncə beynəlxalq nüfuza malik “Great Place to Work®” sertifikatına da layiq görülüb.