Bu gün maestro Niyazinin doğum günüdür

Mədəniyyət

Maestro Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.

Bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 114 il ötür.

Niyazi 1930-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazdı.

Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başladı. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını nota alıb. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.

Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov maestro haqqında fikirlərini bölüşərək deyib: “Niyazi Azərbaycan bəstəkarlarının, demək olar ki, bütün simfonik əsərlərinin ilk təfsirçisi olub. O, Azərbaycan bəstəkarlarının böyük bir nəslinin yetişib formalaşmasına əvəzsiz töhfələr verib. Bir çox bəstəkar Niyazi məktəbi keçib və bu, onların yaradıcılıq inkişafında, dünyagörüşünün və estetik zövqünün formalaşmasında mühüm rol oynayıb. Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır”.

Rza Bayramovun sözlərinə görə, bir bəstəkar kimi milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri böyükdür. Bu baxımdan onun ən məşhur əsərlərindən “Rast” simfonik muğamını, “Xosrov və Şirin” operasını və “Çitra” baletini xüsusi qeyd etmək lazımdır. Niyazi, eyni zamanda, bir çox simfonik və kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir.

Niyazinin bəstəkarlıq fəaliyyətindən danışan Rza Bayramov deyib ki, onu Azərbaycan kino musiqisinin, eləcə də dram tamaşaları üçün yazılmış musiqi əsərlərinin müəllifi kimi də xatırlamaq lazımdır: “O, bu sahədə fəaliyyət göstərən ilk bəstəkarlarımızdan biri olub.

Niyazi kimi sənətkarları tarix tək-tək yetirir. Belə sənətkarlar haqlı olaraq xalqın qüruruna çevrilirlər. Xalqımız belə böyük sənətkarla həmişə fəxr edəcək. Biz də onun adını daşıyan muzeyin əməkdaşları olaraq Niyazinin əziz xatirəsini daim yaşadacağıq”.

Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək - ruhun şad olsun, ustad!