Sosial
İcra başçısı Adil Əliyev YAP Suraxanı rayon 11.10.2025Siyasət
Heydər Əliyev Fondunun vitse-prezidenti 08.10.2025Siyasət
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət 08.10.2025İqtisadiyyat
Bu il fiziki və hüquqi şəxslərə dövlət 08.10.2025Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Banuçiçək Nəsirli (48 kiloqram) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gələcək.
Bilalhəbaşi Nəzərov (50 kiloqram) isə Lonut Razvan Panainteni (Rumıniya) sınağa çəkib. Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Avropa çempionatında final döyüşləri isə oktyabrın 10-da keçiriləcək.