1997-ci ildə birbaşa satışlarla məşğul olan “Rus xətti” kosmetika şirkəti təşkil olunduBu zaman gənc sahibkar Aleksey Neçayev Sovet alimlərinin dahiyanə kəşfinə diqqət yetirir – havadan oksigenin tutub onu dərinin dərin qatlarına çatdıran perftorkarbon emulsiyası, bunun sayəsində dəri gəncləşirO, unikal oksigenli kompleksin kosmetikada istifadəsi üçün patenti əldə edir və bir ildən az müddətdə Rusiyada ilk oksigenli kosmetika seriyası İstehsal edilir.

2001-ci ildə «Rus xətti»nin adı Faberlic olaraq dəyişdirildi. Bundan sonra Şirkət qarşısına böyük planlar dururdu – beynəlxalq bazara çıxış, milyonlarla istifadəçinin yüksək keyfiyətli kosmetikadan istifadə etməsinə imkan yaradacaq ideal “qiymət-keyfiyyət” nisbətini yaratmaq, həmçinin birbaşa satışlardan gəlir əldə etmək istəyən hər kəsin öz işini qura bilməsin üçün təməl ola biləcək effektiv biznes-planın işlənib hazırlanması.

2001-ci ildə baş tutan debüt reklam kampaniyası möhtəşəm artıma səbəb olur. 5 ildən az bir müddətdə Rusiyda və onun hüdudlarından kənarda 5 milyondan çox qadın Faberlic kosmetikasının keyfiyyətinə və Məsləhətçilərin tövsiyyələrinə inanıb onun pərəstişkarına çevrilir.

2005-ci ildə Faberlic 15 ölkədə nümayəndəlik açaraq beynəlxalq şirkətə çevrilir və WWD Beauty Report International-ın versiyasına görə “Dünyanın ən iri parfüm-kosmetika şirkətlərinin Top-100”-də 87-ci yeri tutur.

2006-cı ildə Faberlic-in ilk sosial-ekoloji layihəsi olan «Yaşıl şəhərlər» işə başlayır, burada məqsəd – bütün ölkə ərazisində yaşıllıq zolaqlarınin bərpa edilməsi idi. 2006- 2009-cu illər ərzində Şirkətin komandası 100 mindən artıq ağacı «Şəhərlərə – ağac, insanara – oksigen!» şüarı altında əkir.

2007-ci il kosmetologiyada partlayış ili oldu. Faberlic-lə innovativ kosmetik inqrediyentlərin dünyasəviyyəli istehsalçısı Nikko-Chemical yapon laboratoriyasının birgə işi nəticəsində oksigenli kompleksin yeni formulu kəşf edildi – «İkiqat nəfəs» Novaftem-O2.

2008-ci ildə M.V.Lomonosov adına MDU-nun Hüceyrə biologiyası və histologiya kafedrası ilə birlikdə Faberlic yeni unikal formul icad edir Rala (təbii R-alfa- Lipoy və ya tioktat turşusu) öz təcəssümünü oksigenli yaşlanma əleyhinə vasitələrdə tapır. Elə həmin il Şirkət Rala-nın kosmetikada tətbiqi üçün 2 yeni patent alır. Cəmi bir il ərzində 60-dan çox yeni Faberlic məhsulu buraxılır! Şirkət dünyanın ən iri parfüm-kosmetika şirkətlərinin reytinqdə (WWD Beauty Report International) 86-cı pilləyə yüksəlir.

2010-cu ildə Faberlic-in dəstəyi ilə EKA səhmdar cəmiyyəti yaradılır. Bu cəmiyyət meşə massivlərinin bərpası, insanlarda ekoloji təfəkkürün formalaşması və ətraf mühitə mənfi təsirlərə qarşı mübarizə məqsədilə genişmiqyaslı aksiyalar həyata keçirir. Bu gün EKA Rusiyanın 45-dən çox regionunda fəaliyyət göstərir.

eka-img

2011 və 2012-ci illər birləşmə nişanı altında keçdi: bu illərdən etibarən Edelstar, Infinum və Sengara şirkətləri Faberlic-lə birlikdə hər bir alıcının gözəllik və sağlamlığı üçün işləyirlər. Bu brendlərdən hər birinin alıcılarla işlə bağlı çox böyük təcrübəsi, Faberlic-in istehsal etdiyi məhsullarda yeni seriyalar yaradacaq kəşfləri var. Kataloq universal olur – indi ev, gözəllik və sağlamlıq üçün hər şeyi Bir Məsləhətçidə tapmaq mümkündür!

2013-cü ildə Faberlic dəb bazarına daxil olur, uşaq paltarlarının istehsalı və satışı ilə məşğul olmağa başlayır. İlk kolleksiyanın dizayneri italyan dizayneri Cermano Trovato olur, o buna qədər Ralph Lauren, Max Mara, Kiko və b. brendlərlə işləmişdi. Dəb sahəsində Faberlic parfüm-kosmetika sahəsində əməl etdiyi strategiyaya davam edir: yüksək keyfiyəti hamı üçün əlçatan edir, innovativ texnologiyaları və öz yeni işlərini tətbiq edir, bu zaman aşağı qiymətlər siyasətini qoruyub-saxlayır. Faberlic-in ilk uşaq kolleksiyası “tarixçəsi olan paltarlar” adı ilə məşhurlaşdı: modellər, rəng həllərində, print və tikmələrədə xüsusi məna var – kolleksiya rus tarixində iz qoymuş şəxsiyyətlər və əhvalatlardan danışır.

Air-Stream-kislorod

2015-ci ildə oksigenli kosmetikanın yeni nəsli doğulur – «Air Stream», Faberlic laboratoriyasının inqilabi kəşfi. Kompleksin əsasında – turmeron və kurkumin durur, onları ilk dəfə kosmetikanın tərkibinə birlikdə daxil etmək mümkün oldu, bu zaman inqrediyentlərin faydası bütünlüklə qorunub-saxlandı. Mütəxəssislər formulu, həmçinin firmaya məxsus Novaftem O2 ilə zənginləşdirdilər ki, bu da onu daha effektiv etdi.

Elə bu ildəcə Faberlic kataloqunda ilk qadın geyimi kolleksiyası çap olunur. Cazibədar qiymətlər, tikişin keyfiyyəti və aktiv satışı sayəsində mədaxil 50% artır və marketinq tarixində unikal hadisə baş verir: saniyədə bir paltar satılır!

Faberlic-fashion-week

2016-cı ildə brend yeni inkişaf strategiyası seçir və dəb sənayesində bir ilkə imza atır– fast fashion («sürətli dəb») konsepsiyası pərakəndə satışda uğurludur, amma ilk dəfə idi ki, şəbəkə biznesində kataloq üzrə birbaşa satışlarda tətbiq edilirdi. Bundan sonra hər kataloqda alıcıları total look obrazlar gözlədi – böyüklər və uşaqlar üçün kapsul kolleksiya, ətirlərin məhdud buraxılışı, alt paltarları və mövsümün trendlərindən birini özündə əks etdirən dekorativ kosmetika. Yalnız birinci yarımillikdə satış tempi 60% artmış oldu!

Daha sonra Faberlic yüksək dəbi daha yaxın və sərfəli etdi. 2016-cı ilin payızı Faberlic və rus dizayneri Alyona Axmadullinanın tarixi kollaborasiyası ilə fərqləndi. Modelyerin yaradıcılığı ilin ən iri dəb tədbirində təmsil olundu – Moskvada baş tutan Mercedes-Benz Fashion Week-də əsl gurultu qopartdı!

Elə bu ildə də Faberlic-in premium brend olan Florange ilə - qadın və kişilər üçün alt paltarları, bijüteriya və dizayner aksesuarlarının satışı üzrə liderlə, həmçinin «ДЭНАС МС» brendi – unikal tibbi apparatların istehsalçısı ilə birləşməsi baş tutdu. 18 il ərzində ДЭНАС-terapiya metodu Rusiya Federasiyasının sağlamlığa və sasial inkişafa nəzarət sferasında xidmət edən qurumlar tərəfindən rəsmən qabul edildi. Bu metod üzrə 29 elmlər doktorluğu və namizədliyi dissertasiyası müdafiə edilib, 1000-dən yuxarı elmi məqalə yazılıb, o cümlədən onların arasında 5 monoqrafiya və 20-dən yuxarı həkimlər üçün metodiki tövsiyyə var.

Şirkətin növbəti 10 il üçün əsas inkişaf trendi – parfüm-kosmetika şirkətindən həyat tərzi, dəb və tərz şirkətinə çevrilmək. Biz yeni bazarlara daxil olur və özümüz üçün yeni məhsul kateqoriyalarını öyrənirik – geyim, qab-qacaq, corab məmulatları, alt paltarı, ev və sağlamlıq üçün məhsullar. Gələcəkdə Faberlic-ə yeni şirkətlər qoşulacaq, onlar bizim biznesimizi daha uğurlu və perspektivli, məhsullar çeşidimizi isə daha rəngarəng edəcəklər.